Narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi 

11:34 21.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əliş Hüseynov saxlanılıb.

Hafta.az-ın məlumatına görə, ondan satış məqsədi ilə əldə etdiyi ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitələr olan metamfetamin, marixuana və psixotrop tərkibli həblər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.